“Kəpəz”də zədəlilər
19.08.2022 , 19:30

“Kəpəz”in zədəli futbolçuları Yeqor Xvalko və Mixeil Erqemlidzenin müalicəsi davam edir.
Korner.az xəbər verir ki, klubun tibb xidmətindən verilən məlumata görə, Xvalkonun topuq və daban nahiyəsində ağrılar var. Erqemlidzenin isə körpücük sümüyü əzilib. Zədə səbəbindən onlar “Qəbələ”yə qarşı görüşü buraxacaqlar.
Hər iki futbolçu “Neftçi” ilə oyunda (2:5) zədələnərək əvəzləniblər.
Avqustun 21-də baş tutacaq “Kəpəz” – “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.
