“Kəpəz”də yeni müqavilə
13.07.2024 , 10:00

“Kəpəz” futbolçusu Əli Səmədov ilə müqaviləni yeniləyib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Gəncə futbol məktəbinin yetirməsi ilə “1+1” illik müqavilə imzalanıb. 27 yaşlı yarımmüdafiəçi 2015-ci ildən “sarı-göylər”in şərəfini qoruyur.
Qeyd edək ki, “Kəpəz” bunadək Yeqor Xvalko, Elmir Tağıyev və Ehtiram Şahverdiyevlə də müqaviləsini uzadıb.
