“Kəpəz”də yeni müqavilə
15.07.2024 , 11:10

“Kəpəz” futbolçusu Vurğun Hüseynovla yeni müqavilə imzalayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsümdən “Kəpəz”in heyətində çıxış edən 36 yaşlı müdafiəçi ilə 1 illik sözləşmə bağlanıb.
