“Kəpəz”də yeni futbolçu
03.08.2021 , 18:30

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi son olaraq “Zaqatala”da çıxış edən hücumçu Bəhruz Teymurovu heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Teymurovla 1 illik müqavilə imzalanıb.
Bəhruz Teymurov ötən mövsüm “Zaqatala”nın heyətində I Divizionda 14 qol vuraraq, bombardirlər sırasında 2-ci pillədə qərarlaşmışdı.
