“Kəpəz”in Müşahidə Şurasının heyətində dəyişiklik edilib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlunun şuradan ayrılmasından sonra boş qalan yerə İslam Abbasov gətirilib. Milli komandanın baş inzibatçısı olan Abbasov bundan sonra Gəncə təmsilçisinin Müşahidə Şurasında çalışacaq.
