“Kəpəz”də itkilər
22.10.2022 , 14:51

“Kəpəz” Azərbaycan Premyer Liqasının XI turunda səfərdə “Qəbələ”nin qonağı olacaq.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi bu qarşılaşmaya ciddi itkilətlə çıxacaq.
“Sarı-göylər”in müdafiəçisi Zamiq Əliyev cəzalı olduğu üçün matçı buraxacaq. Əfran İsmayılov, Samir Məhərrəmli və Peyman Keşavarzi isə zədə səbəbindən oyuna tribunadan baxacaqlar.
“Qəbələ” – “Kəpəz” görüşü bu gün saat 16:00-da Qəbələ şəhər stadionunda baş tutacaq.
