AZAL-la Premyer Liqa oyunundan sonra "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov futbolçulara iki gün istirahət verib.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bundan öncəki turda "Rəvan"a qarşı matçın ardından komanda üzvlərinə dincəlmək imkanı verməyən çalışdırıcı bunun əvəzində bu dəfə istirahət günlərinin sayını artırıb. Komanda fevralın 26-da məşqləri bərpa edəcək. Sabaha təyin olunan hazırlıq prosesi saat 16:00-da baş tutacaq. Məşq "Dalğa Arena"da keçiriləcək.
Qeyd edək ki, istirahət günlərindən istifadə edən "Kəpəz"in gəncəli futbolçuları doğma şəhərə ailə üzvlərinə baş çəkməyə gediblər.