“Kəpəz”də görüş
13.01.2023 , 16:31

“Kəpəz”in İdarə Heyətinin sədri İlqar Nadiri komandanın üzvləri ilə görüşüb.
Korner.az xəbər verir ki, məşqlərin gedişi ilə maraqlanan İlqar Nadiriyə hazırlıq prosesi üçün kollektivə uyğun şəraitin yaradıldığı qeyd olunub.
İdarə Heyətinin sədrinin komanda ilə görüşü doğum gününü qeyd edən Mahir Həsənovla baba olmağın sevincini yaşayan
Vidadi Rzayevin xoş gününə təsadüf etdiyindən tort kəsilib. Onların hər ikisini təbrik edən klub rəhbəri Mahir Həsənovun gəncəli futbolçu kimi uzun illər doğma komandasına xidmət edəcəyinə inandığını bildirib. Vidadi Rzayevin oğlan nəvəsinin isə ən azı babası kimi futbolçu olacağına inam ifadə edilib.
