Gəncənin “Kəpəz” klubu ciddi itki ilə üzləşib. Baş məşqçi Şahin Diniyev Şəhriyar Əliyevin xidmətindən məhrum olub.
Belə ki, 24 yaşlı müdafiəçi cəzalı duruma düşüb. “Zirə” ilə oyunun 82-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Şəhriyar vərəqə limitini doldurub. Mövsümün 4-cü xəbərdarlığını alan müdafiəçi IX turda “Neftçi”yə qarşı oynamayacaq.
“Zirə” ilə hər iki oyunda sarı vərəqə alan Şəhriyar “İnter” və “Qarabağ”la matçlarda da cəzalınıb.
