“Kəpəz”də ayrılıq
08.07.2024 , 13:14

“Kəpəz”də daha iki ayrılıq baş verib.
Korner.az xəbər verir ki, müdafiəçi Rüfət Əhmədov və seneqallı yarımmüdafiəçi Latir Falın müqaviləsi başa çatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Kəpəz” hər iki futbolçuya təşəkkür edib və uğurlar arzulayıb.
