“Kəpəz”də 6 yeni futbolçu – RƏSMİ
04.02.2020 , 18:15

Birinci Divizionda mübarizə aparan “Kəpəz” heyətini yeni futbolçularla gücləndirib.
Korner.az xəbər verir ki, Gəncə klubu 6 oyunçu heyətinə cəlb edib.
“Sarı-göylər” qapıçı Elməddin Sultanov, yarımmüdafiəçilər Nicat Məmmədov, Ruslan Süleymanov, Orxan Abdullayev, Nicat Verdiyev və hücumçu Tural Qürbətovu “rənglərinə bağlayıb”.
Bu futbolçularla mövsümün sonuna kimi razılıq əldə olunub.
