Məşqlərə start verən “Kəpəz” yeni futbolçuları baxışdan keçirir.
Korner.az-ın məlumatına görə, artıq 6 legioner futbolçu baxış üçün Gəncədədir və onlar dünəndən etibarən məşqlərə qatılıblar. Bu gün isə gəncəli azarkeşlərinə tanış simalardan olan Bereya qardaşlarından Qoqa “Kəpəz”in heyyətində ilk məşqinə çıxib. İraqlinin isə yaxın bir zamanda heyyətə qoşulacağı gözlənilir.
Digər futbolçuların da baxışa gələcəyi gözlənilir. Hazırda isə “Kəpəz”in düşərgəsində 1981-ci il təvəllüdlü Aleksandr Koşkadze (“Dinamo” Tbilisi), 1986-cı il təvəllüdlü Aleksandr Niçiporik (“Helios”, Ukrayna), 1986-cı il təvəllüdlü Oleq Kibizov (“Dinamo”, Stavrapol), 1985-ci il təvəllüdlü German Beriyev (“Dinamo”, Stavrapol) və 1988-ci ildə doğulmuş Artur Elbayevdir (“Fayur”, Rusiya).
xemsefan.com
