“Kəpəz”də 3 yeni müqavilə
02.08.2024 , 10:56

“Kəpəz” 3 yetirməsi ilə yeni müqavilə imzalayıb.
Korner.az klubun mətbuat xismətinə istinadən xəbər verir ki, əvəzedici heyətdə çıxış etmiş gənc futbolçular, müdafiəçilər Ümid Səmədov ilə Arzu Atakişiyev və hücumçu Cavad Kərimovun sözləşməsi daha 3 il uzadılıb.
Qeyd olunub ki, uzunmüddətli müqavilələr bu futbolçuların yaxın gələcəkdə komandanın əsas üzvlərinə çevriləcəyinə inamdan irəli gəlir.
