Topaz Premyer Liqanın 20-ci turunda səfərdə “Sumqayıt”ın qonağı olacaq “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına start verib.
Bərpaedici prosedurdan sonra istirahət edən komanda üzvləri dünən Bakı Olimpiya Stadionunun yardımçı meydançasında məşqə çıxıb.
“Sumqayıt” ilə oyun öncəsi komandanın heyətində iki futbolçunun zədəsi var. Samir Zərgərovla Şadon Vinçesterin durumu həkim nəzarətindədir.
Qeyd edək ki, “Sumqayıt” – “Kəpəz” oyunu sabah keçiriləcək. Matçın başlama saatı 20:00-dır
