2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” yoxlama oyunu keçirib.
Korner.az-ın məlumatına görə, Gəncə klubu “Dalğa Arena”da 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə qarşılaşıb.
Oyun “sarı-göylər”in 3:0 hesablı qələbəsi ilə başa çatıb. “Kəpəz”dən ilk hissədə Orxan Əliyev və Şəhriyar Rəhimov fərqlənib. Fasilədən sonra isə Tural Nərimanov matçda son nöqtəni qoyub.
