“Kəpəz” daha iki yeni transferini rəsmən açıqlayıb
Gəncə təmsilçisi braziliyalı yarımmüdafiəçilər Dario Frederiko və Dieqo Souza ilə müqavilə bağlayıb.
Dario cari mövsümün sonunadək “Kəpəz”in formasını geyinəcək. Souza isə qarşıdakı bir il müddətində komandanın şərəfini qoruyacaq.
Qeyd edək ki, Dario Frederiko əvvəlki iki mövsümdə “Kəpəz”in heyətində çıxış edib.
