“Kəpəz” yeni transferini açıqladı
24.01.2025 , 20:42

“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisinin yeni transferi Trent Buhagiardır. Yarımmüdafiəçi ilə 6 ay + 1 il müddətində müqavilə imzalanıb.
Əslən Avstraliyadan olan Buhagiar Malta yığmasının üzvüdür. Trent tarixi vətənində bir sıra klubların heyətində çıxış edib. 26 yaşlı futbolçunun son klubu İtaliya B Seriyasından “Breşiya” olub.
