“Kəpəz” yeni formasını təqdim etdi – FOTOLAR
02.08.2024 , 16:10

“Kəpəz”in yeni mövsüm üçün oyun formaları təqdim olunub.
Korner.az xəbər verir ki, geyimlər ənənəvi olaraq klubun rənglərinə uyğun – sarı və göy rəngdədir.
Bu dəfə fərqli dizayn edilən formalar yaxalıqlıdır. Formaların üzərində klubun loqosu, həmçinin futbolçuların adı və ya soyadı əks olunub.
Geyimlər İspaniyanın tanınmış “Joma” firmasının istehsalıdır.
