“Kəpəz” yeni baş məşqçisi ilə müqavilə imzaladı
12.06.2023 , 14:54

“Kəpəz”in yeni baş məşqçisi Azər Məmmədovla müqavilə imzalanıb.
Korner.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən mərasimdə 47 yaşlı mütəxəssis 1+1 il müqaviləyə imza atıb.
Daha sonra yeni baş məşqçi ictimaiyyətə təqdim olunub.
Müqavilə imzalama və təqdimat mərasimində klub rəhbərliyi və media əməkdaşları iştirak ediblər.
