Bu gün Avropa Liqasının 2-ci təsnifat mərhələsində bir cavab görüşü keçiriləcək.
Korner.az-ın məlumatına görə, "Kəpəz" "Dalğa Arena"da "Admira"nı qəbul edəcək.
İlk oyunda 1:0 hesabı ilə məğlub olan Gəncə təmsilçisi cavab matçını ən azından penaltilərə aparmaq üçün 1 qol vurmalıdır.
Turun qalibini 3-cü mərhələdə Çexiyanın "Slovan" klubu gözləyir.
20 iyul
Avropa Liqası. 2-ci təsnifat mərhələsi. Cavab matçı.
"Kəpəz" (Azərbaycan) – "Admira" 0:2 (Avstriya) (ilk oyun – 0:1)
Qollar: Knasmüllner, 17 (0:1), Şmidt, 76 (0:2)
