big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Kəpəz” üçün 20 qəpik lənəti

26.11.2017 , 10:11

“Azərbaycan futbolu” söz birləşməsində birinci hissəni “Bakı” sözü ilə dəyişə bilərik. Bilərik? Bəli… Çünki hər ölkənin ən mötəbər turniri onun daxili çempionatıdır. Azərbaycan Premyer Liqasında oynayan 8 klubun 6-sı paytaxtda məşq edir, oyunlara hazırlaşır. Amma yenə də, bəlkə həmin söz birləşməsinə dəyməyək..? Niyə? Çünki iki bölgə komandası var, ikisi də dünən bir oyunla tarixə düşdü…

Peşəkar Futbol Liqası və "Topaz"ın birgə layihəsi olan jurnalistlərin bölgələrə səfəri çərçivəsində Gəncə şəhər stadionunda gördüklərimdən və eşitdiklərimdən yazacam. Gördüyüm 7 qol, eşitdiyim 7000 cür söyüş. Söyüş kimə ünvanlanırdı? Bunu heç söyənlər də bilmirdi. Daha ətraflı, az sonra…

Səfərə çıxan jurnalistlərin əksəriyyəti oyunun qonaqların qələbəsi ilə bitəcəyini təxmin edirdi. Amma heç kim bu qədər qol vurulacağını düşünməmişdi. Çünki… Gəncə, əzəmət, tarix, azarkeşlərin dəstəyi və s. Kim gəlib burda “Kəpəz”ə 6 qol vura bilər(di)? Bakıdan bu maraqla Gəncəyə gedən jurnalistlər oyunu azarkeşlərə yaxın yerdə əyləşib izləyirdi. Buna görə də, nə var, nə yox, hələ də qulağımızın dibindədir. Hətta azarkeşlərdən biri maraqlı “totem” də etmək istəyirdi, qəpik atdı: “Xəritə düşsə, “Kəpəz” udacaq, qəpiyin o biri üzü düşsə, uduzacağıq”. Atdı atmasına, amma yerə düşən qəpik tapılmadı. Onun hansı üzü üstə düşdüyünü heç kim bilmədi. Amma çox gözləməyə gərək qalmadı. Hər şey elə 20 qəpikdən başladı bəlkə də… O gözəl insanın ürəyi necə təmiz olubsa, atdığı qəpik onu yanıltmadı. Yəqin xəritə olan hissəsi düşməyib ki, hakim start fitini səsləndirən kimi Baqali Dabo hesabı açdı. O da cari mövsümdə ən erkən qol vuran futbolçu oldu. Bir qəpiyin kəramətinə bax! Mübarəkdir, Dabo… Amma sən meydanda olmusan, gör, tribunlarda nə baş verir? Azarkeşlər təəssüflənmədi, hamısı güldü. “Bu nədir ə?” – qışqıran qəpik atan azarkeş: “Hardan tapmısınız ə bunları?”, – deyərək hirsini soyutdu və dəstəyinə davam etdi. Üzünü meydana gələn tələbələrə tutan qocaman azarkeş də belə tez zamanda təslim olmaq istəmirdi: “Dəstək olun ha, baletə gəlməmisiniz, atın o tumları, "KƏPƏZ, KƏPƏZ!" qışqırın”. Gənc futbol azarkeşləri də təmsil etdiyi təhsil ocağının pankartını açaraq, komandalarına dəstək olmağa başladılar. Amma nə fayda? O 20 qəpik məsələni kökündən həll etmişdi…

Tribunalar yenicə qızışmışdı ki, Stiven Monroz ikinci qolu da vurdu. Bu dəfə azarkeşlər, həqiqətən, hirsləndiilər, hər ağızdan bir söyüş çıxdı. Biri deyidi ki, "Yunis Hüseynovun günahı yoxdur, günah futbolçulardadır". Digəri deyirdi, futbolçular hələ cavandır. Lap küncdə oturan ağsaqqal isə özünün gələcək ömründən çox, “Kəpəz”in gələcək günlərini düşünəcək qədər nikbin idi: “Tələsməyin, Allaha and olsun, qoy yanvar gəlsin, “Kəpəz” hamıya zülm edəcək!” Çox ümidli azarkeşlərdir, gəncəlilər. Üzməyin onların ümidini…

Atmosfer elə səmimi idi ki, bir ara özüm də azarkeşlərə görə “Kəpəz”in hücumlarını diqqətlə izləməyə, onların qol vurmasını istəməyə başladığımı hiss etdim. Elə bu anda Famussa Kone üçüncü qolu vurdu. “Ay başınıza dönüm, siz nə edirsiz? Cavan uşaqlarsız, oynayın da!”, – qəpiyini sevimli klubuna görə itirən azarkeş hisslərini cilovlaya bilmirdi. Bir az da kluba deyindikdən sonra, stadionu tərk etdi. 20 qəpiyini də tapa bimədi. O lənət isə stadionda hələ də qalmışdı. Yəni, ikinci hissə gəlirdi… İkinci hissə azarkeşlərin müzakirəsi ilə başladı. Azyaşlıların: “Kəpəz” səhv taktika ilə oynayır”, – “analiz”indən sonra Baqali Dabo onların da iddiasını ürəyində qoymadı. 54-cü dəqiqədə dördüncü qol da vuruldu. Hardasan axı, ay 20 qəpik?! Sən yoxsan, söyüşün biri də bir qəpik! Maraqlı olan bilirsinizmi nədir? 0:4-dən sonra da azarkeşlər dəstək olmağa davam edirdilər. Bu dəstəyin sayəsində Kərim Diniyev hesab arasındaki fərqi azaltdı, yəni 3-ə endirdi. Ümidli gəncəlilər “come back” gözləyirdi. Amma bilmirdilər ki, o 20 qəpik stadion ərazisindədir, əbəs yerə ümidlənirdilər…

Ruslan Qurbanov, ardınca isə Kone yekun hesabı müəyyən edən qolları vurdular: “Qəbələ” – 6, “Kəpəz” – 1. “Kəpəz”ə Gəncədə ən çox qolu “Qəbələ” vurdu. Çempionatın ən erkən qolu vuruldu. İki bölgə komandamız var, iki ildə 4 dəfə qarşılaşırlar. Hər birində də mütləq maraqlı nəsə olur. İmkan verin, bu maraqlı “nəsə”lər ildə 4 dəfə yox, daha çox olsun.

Məmmədov İlkin
Korner.az

Son yazılar

To Top