“Kəpəz”in yoxlama oyunu keçirəcəyi daha üç rəqibin adına aydınlıq gəlib.
Korner.az-ın məlumatına görə, iyulun 1-dən 10-na kimi Bakıda təlim-məşq toplanışı keçirəcək komanda ölkə paytaxtında üç yoxlama oyununda qüvvəsini sınayacaq.
Gəncə təmsilçisinin ilk rəqibi “Sumqayıt” olacaq. Bu rəqiblə görüş iyulun 4-nə planlaşdırlıb. Matç saat 18:00-da başlayacaq. Ayın 7-də “Kəpəz” AZAL-la qarşılaşacaq.
Bu oyunun da başlama saatı eynidir. Komanda son yoxlama görüşünü iyulun 10-da 19 yaşlı futbolçulardan ibarət Azərbaycan yığmasına qarşı keçirəcək. Qarşılaşmanın start fiti saat 11:00-da veriləcək.
Qeyd edək ki, hər üç oyun “Dalğa Arena”da keçiriləcək.
