Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Kəpəz” ötən gün son yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisi Türkiyə çempionatının 2-ci liqasında çıxış edən “Kocaeli Birlikspor”la qarşılaşıb.
Oyun Şahin Diniyevin komandasının qələbəsi ilə yekunlaşıb. Bu görüşdə iki dəfə fərqlənən “Kəpəz” oyundan qalib ayrılıb – 2:1. Gəncə klubunun qollarına Aleksandr Sutnik və Tural Rzayev imza atıb.
Qeyd edək ki, “Kəpəz” Türkiyədə keçirdiyi ilk yoxlama oyununda “1461 Trabzon” klubuna 1:0 hesabı ilə qalib gəlib. Daha sonra Gürcüstanın “Şukura” klubu ilə qarşılaşan “Kəpəz” rəqibi ilə 1:1 bərabərə qalıb.
