“Turan Tovuz” və “Səbail”dən qələbə
09.12.2022 , 18:59

Bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsində ilk oyunlara yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Günün ilk matçı Gəncədə baş tutub. Burada “Kəpəz” “Turan Tovuz”u qəbul edib və 1:2 hesabə ilə uduzub.
Günün digər matçında “Səbail” evdə “Sabah”la üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:2 hesbalı qələbəsi ilə bitib.
Azərbaycan Kuboku
1/4 final, ilk oyunlar
9 dekabr (cümə)
14:00. “Kəpəz” – “Turan Tovuz” – 1:2
Qollar: Abdullahi Şuaybu, 9 – Runi Eva, 52 (penal), Ehtiram Şahverdiyev, 64
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusufov, Müslüm Əliyev, Vüqar Həsənli
Hakim-inspektor: İmanxan Sultani
Gəncə şəhər stadionu.
17:00. “Səbail” – “Sabah” – 3:2
Qollar: Luvaqa Kizito, 32, Franko Mazurek, 62, 73 – Kristian Sebalyos, 80, D.Volkov, 90+4
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”.
