“Qarabağ” və “Kəpəz”dən heç-heçə
13.11.2022 , 18:53

Bu gün Azərbaycan Premyer Liqasında XIV tura yekun vurulub.
Korner.az xəbər verir ki, 3-cü oyun günündə 2 matç keçirilib. Əvvəlcə Qərb derbisində “Kəpəz” və “Turan Tovuz” birincilərin meydanında münasibətlərinə aydınlıq gətirib. Görüş 0:0 hesablı heç-heçə ilə bitib.
Turun son oyunu Masazırda keçirilib. Mərkəzi matçda lider “Qarabağ” ən yaxın yaxın izləyicisi “Sabah”la üz-üzə gəlib. Oyun 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Azərbaycan Premyer Liqası
XIV tur
13 noyabr (bazar)
14:30.“Kəpəz” – “Turan Tovuz” – 0:0
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Əli Əliyev
Gəncə şəhər stadionu
17:00. “Sabah” – “Qarabağ” – 0:0
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
