“Kəpəz” “Turan Tovuz”a məğlub oldu
18.08.2023 , 18:57

Bu gün Azərbaycan Premyer Liqasında III tura start verilib.
Korner.az xəbər verir ki, açılış oyununda “Kəpəz” “Turan Tovuz”u qəbul edib.
Gəncə şəhər stadionunda baş tutan görüşdə Tovuz təmsilçisi 2:0 hesablı qalib gəlib.
Turun digər görüşləri 19 və 20 avqustda olacaq.
Azərbaycan Premyer Liqası
III tur
18 avqust
17:00 Kəpəz – Turan Tovuz – 0:2
Baş hakim: Cavid Cəlilov
