“Kəpəz” – “Turan Tovuz” matçının biletləri satışda
16.08.2023 , 12:06

Azərbaycan Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” oyununun biletləri satışa çıxarılıb.
Korner.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutacaq görüşə bilet qiymətləri 3 və 10 manatdır.
Avqustun 18-də keçiriləcək oyun saat 17:00-da başlayacaq.
