“Kəpəz” Tərlan Əhmədovla yolları ayırdı
10.06.2023 , 19:58
“Kəpəz” klubunun İdarə Heyətinin iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantının gündəliyinə iki məsələ daxil edilib. İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.
Baş məşqçi Tərlan Əhmədov ilə isə müqavilənin müddəti uzadılmayıb və onunla yollar ayrılıb. “Kəpəz”in sükanı Azər Məmmədova tapşırılıb. Onunla 1+1 illik müqavilə imzalanacaq.
Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib. İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.