Topaz Premyer Liqanın 20-ciX turunda səfərdə “Sumqayıt”la qarşılaşacaq “Kəpəz” bu oyuna itkilərlə çıxacaq.
Bu gün səhər saatlarında keçirdiyi məşqlə qarşıdakı matçın hazırlıqlarını tamamlayan komandanın heyətində Samir Zərgərovla Şadon Vinçester zədəlidir. Ötən tur “Qəbələ” ilə matçda sıradan çıxan futbolçuların zədəsi ciddidir və bu oyunçular səfər oyununda meydana çıxa bilməyəcəklər.
Vinçesterin əzələsində yırtıq, Zərgərovun baldır-ayaq oynağının bağında dartınma və hissəvi qopma var. Futbolçuların durumu həkim nəzarəti altındadır, onların müalicə prosesi gələn ayın əvvəlinə kimi davam edəcək.
