“Sabah” və “Sumqayıt”dan qələbə
29.04.2023 , 20:30
Bu gün Azərbaycan Premyer Liqasında XXXII tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
Açılış oyununda “Kəpəz” “Sumqayıt”ı sınağa çəkib. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə bitib. Günün digər matçında isə “Sabah” Şamaxı” ilə qarşılaşıb və 1:0 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XXXII tur
29 aprel
16:00 “Kəpəz” – “Sumqayıt” – 0:1
Qol: Vüsal İngəndərli, 64
Qəbələ şəhər stadionu
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Zöhrab Abbasov, Nicat İsmayıllı
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
18:30 “Sabah” – “Şamaxı” – 1:0
Qol: Aleksey Kaşuk, 7
“Bank Respublika Arena”
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Teymur Teymurov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Məmmədov