“Kəpəz” və “Simurq” yoxlama matçı keçirəcək.
Korner.az-ın məlumatına görə, Gəncə və Zaqatala klubları sabah Mingəçevirdə qarşılaşacaqlar
Saat 15:00-da başlayacaq görüş Yaşar Məmmədzadə adına stadionda baş tutacaq.
"Kəpəz" – “Simurq” oyununu gəncəli hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Rəşad Abbasov olacaq. Ona laysmanlar Qəzənfər Məmmədov və Səfər İsmayılov kömək edəcək.
