“Kəpəz” “Serbiya” klubu ilə heç-heçə etdi
16.01.2023 , 18:47

Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, Gəncə klubu Serbiyanın “Novi Pazar” klubu ilə qarşılaşıb. Oyun 0:0 hesablı heç-heçə bitib.
“Kəpəz” ilk yoxlama matçında Macarıstanın 2-ci liqa təmsilçisi “MTK Budapeşt”i 1:0 hesabı ilə məğlub edib. Tərlan Əhmədovun komandası Antalyadakı son oyununu 18-də Qazaxıtan “Kaysar”ına qarşı keçirəcək.
