“Kəpəz” seçimlərə başlayır
03.06.2025 , 15:55

“Kəpəz” Futbol Akademiyası yeni mövsüm üçün seçimlərə başlayır.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi 7-12 yaş arası (2013-2018-ci il təvəllüdlü) uşaqları seleksiya məşqlərinə dəvət edir.
Seçimlər iyunun 8-i və 9-u tarixlərində olacaq.
Seleksiya prosesi klubun məşq mərkəzində keçiriləcək və saat 10:00-da başlayacaq.
Seçimlərdən uğurla keçən futbolçular akademiyanın müvafiq yaş qrupu üzrə komandalarına qəbul olunacaqlar.
