“Qarabağ” “Zirə”yə 7 qolla qalib gəldi
18.09.2022 , 22:27

Bu gün Azərbaycan Premyer Liqasında VII tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
İlk oyun Qəbələdə keçirilib. “Kəpəz” “Şamaxı”nı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Günün və turun son matçı Mərdəkanda olub. “Zirə” burada son çempion “Qarabağ”ı qəbul edib və 1:7 hesabı ilə uduzub.
Misli Premyer Liqası
VII tur
18 sentyabr
18:00 Kəpəz – Şamaxı – 2:1
Hakimlər: Nicat İsmayıllı, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Babək Quliyev
Qəbələ şəhər stadionu
20:30 Zirə – Qarabağ – 1:7
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Əli Əliyev
Hakim-inspektor: Anar Salmanov
Zirə İdman Kompleksinin stadionu
