“Kəpəz” “Şamaxı” ilə qarşılaşacaq
28.06.2024 , 16:27

Yeni mövsümə hazırlıq çərçivəsində “Kəpəz” və “Şamaxı” yoxlama oyununda üz-üzə gələcək.
Korner.az xəbər verir ki, bu barədə “Kəpəz”in mətbuat xidməti məlumat yayıb.
İyulun 14-də Qəbələdə keçiriləcək oyun saat 17:30-da başlayacaq.
