“Sumqayıt”dan qələbə
14.12.2022 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçı Gəncədə baş tutub. Liderlərdən biri “Sabah” səfərdə “Kəpəz”in qonağı olub. Görüş 2:2 heabalı heç-heçə bitib.
Günün son matçında isə “Sumqayıt” “Səbail”i qonaq edib və 2:0 hesablı qələbə qazanıb.
14:00. “Kəpəz” – “Sabah” – 2:2
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Gəncə şəhər stadionu.
19:00. “Sumqayıt” – “Səbail” – 2:0
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Kapital Bank Arena”.
