“Kəpəz” “Sabah”a, “Neftçi” “Şamaxı”ya qalib gəldi
31.01.2025 , 20:40

Bu gün Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki matç baş tutub.
Günün ilk qarşılaşmasında “Kəpəz” “Sabah”ı qonaq edib. Görüş Gəəncə klubunun qələbəsi ilə bitib – 3:2.
Digər görüşdə isə “Neftçi” “Şamaxı” ilə üz-üzə gəlib. Matç meydan sahinlərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0.
Azərbaycan Premyer Liqası
XXI tur
31 yanvar
16:00 “Kəpəz” – “Sabah” – 3:2
Qollar: Pavol Şavranko 6 pen, Mahamadu Ba, 11, Cessi Sekidika, 45+4, Əli Səmədov, 54 , Rauf Hüseynli, 64-pen.
Baş hakim: Fərid Hacıyev
Tovuz şəhər stadionu
31 yanvar
18:30 “Neftçi” – “Şamaxı” – 1:0
Qol: Emin Mahmudov, 45+4 – pen.
Baş hakim: Rəşad Əhmədov
“Neftçi Arena”
