“Kəpəz” “Sabah” üçün hazırlaşır
06.10.2022 , 20:25

Azərbaycan Premyer Liqasının IX turunda səfərdə “Sabah” ilə qarşılaşacaq “Kəpəz” hazırlıq prosesini davam etdirir.
Korner.az xəbər verir ki, “sarı-göylər” şəhər stadionun təbii örtüklü meydançasında gündə bir dəfə məşq edirlər. Yeni transfer, xorvatiyalı qolkiper Mario Mustapiç də məşqlərdə iştirak edir.
“Sabah” – “Kəpəz” oyunu oktyabrın 9-da keçiriləcək.
