“Kəpəz” – “Sabah” matçının VAR təyinatları
05.05.2023 , 13:01
Azərbaycan Premyer Liqasının XXXIII turunun “Kəpəz” – “Sabah” oyununun VAR hakimləri açıqlanıb.
Korner.az xəbər verir ki, matçın əsas VAR hakimi Rauf Allahverdiyev, köməkçisi isə Pərvin Talıbov olacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək görüşə saat 18:00-da start veriləcək.