“Kəpəz” səfər oyununa itkilərlə çıxacaq
28.11.2022 , 12:18
“Kəpəz” Azərbaycan Premyer Liqasının XV turunun “Şamaxı” ilə səfər oyununa itkilərlə çıxacaq.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Elvin Yunuszadə zədəli olduğundan matçda iştirak edə bilməyəcək. Oyun öncəsi son məşqdə zədələnən Ruslan Süleymanov da turu buraxacaq.
Görüş saat 14:00-da start götürəcək.
