“Kəpəz” və “Neftçi”dən qələbə
29.10.2022 , 19:39

Bu gün Azərbaycan Premyer Liqasında XII turun növbəti oyunları keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçı Gəncədə olub. “Kəpəz” doğma meydanda “Səbail”i qəbul edib və 3:0 hesablı qələbə qazanıb.
Digər görüş Zirədə oynanılıb. Ötən tur öz meydanında “Sabah”a uduzan “Neftçi” bu dəfə “Zirə”nin qonağı olub. Görüş “ağ-qaralar”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XII tur
29 oktyabr (şənbə)
15:00. “Kəpəz” – “Səbail” – 3:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rövşən Rəcəbov
Hakim-inspektor: Ceyhun Haşımov
Gəncə şəhər stadionu.
17:30. “Zirə” – “Neftçi” – 0:3
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
Zirə İdman Kompleksinin stadionu.
