“Qarabağ” və “Səbail”dən qələbə
31.01.2023 , 20:30

Bu gün Azərbaycan Premyer Liqasında XX turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında lider “Qarabağ” evdə “Şamaxı”nı qəbul edib və 3:1 hesablı qələbə qazanıb.
Digər görüş Bayılda baş tutacaq. “Səbail” burada Gəncənin “Kəpəz” klubunu qəbul edib. Görüş “dənizçilər”in 1:0 hesablı qələbəsi ilə bitib.
Turun digər görüşləri sabah olacaq.
Azərbaycan Premyer Liqası
XX tur
31 yanvar (çərşənbə axşamı)
16:00. “Qarabağ” – “Şamaxı” – 3:1
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.
18:30. “Səbail” – “Kəpəz” – 1:0
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Kamran Bayramov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
“ASCO Arena”.
