Topaz Premyer Liqasının 31-ci turunda səfərdə “Sumqayıt” üzərində qazanılan qələbədən (2:3) sonra “Kəpəz”in futbolçularına iki günlük istirahət verilib.
Korner.az-ın məlumatına görə, komanda məşqləri sabah Bakıda bərpa edəcək.
Çempionatın 32-ci turunda Gəncədə “Rəvan”ı qəbul edəcək “sarı-göylər” aprelin 28-nə kimi paytaxtda hazırlıq keçəcək. Nizami yurdunun təmsilçisi ayın 29-da isə doğma şəhərə qayıdacaq. Komandanın Bakı klubu ilə oyundan öncəki məşqi həmin gün Gəncə şəhər stadionunda keçiriləcək. Hazırlıq prosesi saat 16:00-da başlayacaq, azarkeşlər və mətbuat üçün açıq olacaq.
Qeyd edək ki, “Kəpəz” – “Rəvan” qarşılaşması aprelin 30-da, saat 15:00-da start götürəcək. Oyun CBC Sport telekanalı canlı yayımlanacaq. (klub saytı)
