“Kəpəz” “Qarabağ”la yoxlama oyunu keçirəcək
23.12.2024 , 12:10
“Kəpəz” “Qarabağ”la yoxlama oyununda üz-üzə gələcək.
Korner.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qarşılaşma yanvarın 9-da Bakıda təşkil olunacaq.
“Kəpəz”in növbəti rəqibi isə hələ bəlli deyil.
“Sarı-göylər” Azərbaycan Premyer Liqasında 18 turdan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb. “Qarabağ” 47 xalla liderdir.