“Qarabağ” “Kəpəz”lə heç-heçə etdi, “Sabah” “Zirə” ilə bərabərə qaldı
15.03.2025 , 21:25

Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.
“Kəpəz” Tovuz şəhər stadionunda lider “Qarabağ”ı qəbul edib və rəqibi ilə heç-heçə oynayıb.
Digər görüşdə isə “Sabah”la “Zirə” üz-üzə gəlib. Həmin matçda da qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
15 mart
“Kəpəz” – “Qarabağ” 0:0
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Tovuz şəhər stadionu, 17:00
“Sabah” – “Zirə” 1:1
Qollar: Sekidika 34 – Volkov 63
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Teymur Teymurov, Əli Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”, 19:30
