“Qarabağ”dan darmadağın
29.03.2024 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.
Korner.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyunu Qəbələdə baş tutub. Turnir cədvəlinin autsayderi “Qəbələ” azarkeşləri önündə “Neftçi”ni qəbul edib və 0:1 hesabı ilə məğlub olub.
Günün digər matçında isə lider “Qarabağ” “Kəpəz”lə üz-üzə gəlib. “Atlılar” bu oyunda qələbə qazanaraq, sona 8 tur qalmış çempionluğunu elan edib.
Azərbaycan Premyer Liqası
XXVIII tur
29 mart
Qəbələ – Neftçi 0:1
Qol: Kilan Lebon, 41
19:00 Kəpəz – Qarabağ 1:6
Qol: J.Romao, 21
Baş hakim: Rauf Cabarov
Tofiq Bəhramov adına Respublika stadionu
