Dünən keçirilən dörd oyunla əvəzedici komandaların ölkə birinciliyində III tura start verilib.
Korner.az-ın məlumatına görə, tur meydança sahibləri üçün uğurlu olub. Belə ki, dörd oyundan üçündə ev sahibləri sevinib. “Turan”ın ard-arda ikinci oyunda da qapısından 5 top buraxması diqqət çəkib. İndi isə nəticələri diqqətinizə çatdırırıq:
17 avqust (cümə)
“Simurq”- “Turan” 5:1
Qollar: Rəvan Alxasov, 40; Sərxan Abdullayev, 48; 63; Həsən Qəhrəmanov, 75 (p.); Balaş Oruclu, 87 / Seymur Tağıyev, 38)
“Kəpəz”- AZAL 2:1
Qollar: Coşqun Süleymanov, 23; Malik Babayev, 90+1 / Şahin Zeynalov, 87)
“Neftçi”- “Qəbələ” 1:0
Qol: İlham Allahverdiyev, 12
“Rəvan”- “Bakı” 1:3
Qollar: Murad Axundzadə, 28 / Elşən Rzazadə, 49 (p.); Tural Qürbətov, 71; Ülvi Quliyev, 73 (p.))
Tura bu gün keçiriləcək iki qarşılaşma ilə yekun vurulacaq:
18 avqust (şənbə)
“Sumqayıt” – “Qarabağ”
Hakimlər: Ramil Diniyev, Vüqar Bayramov, Aleksandr Musatkin, Ceyhun Haşımov
Hakim-inspektor: Hafiz Əliyev
Dalğa Arena, köməkçi meydança, 18:00
“İnter” – “Xəzər Lənkəran”
Hakimlər: Ramil Əhmədov, Elxan Əsgərzadə, Ruslan Babayev, Yusif Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Zabrat qəsəbə stadionu, 18:00
