“Kəpəz” seleksiya xarakterli təlim-məşq toplanışını davam etdirir.
Korner.az-ın məlumatına görə, komanda gündə bir dəfə olmaqla səhər saat 10:00-da Gəncə şəhər stadionunda hazırlığa çıxır.
“Kəpəz” iki yoldaşlıq görüşü keçirəcək. İlk matçda rəqib Qəbələnin həvəskarlardan ibarət eyniadlı komandası olacaq. Bu qarşılaşma iyunun 25-də baş tutacaq. İyunun 26-da isə “sarı-göylər” “Turan Tovuz”la üz-üzə gələcək.
Hər iki oyun Gəncə şəhər stadionunda keçiriləcək. Görüşlər saat 18:00-da başlayacaq.
