“Qəbələ” ilə oyun öncəsi “Kəpəz”in itkiləri
24.01.2023 , 12:00

“Kəpəz” Premyer Liqanın XIX turunda bu gün “Qəbələ” ilə qarşılaşacaq.
Korner.az xəbər verir ki, Gəncə təmsilçisi oyuna itkilər ilə çıxacaq.
Heyətdə 4 futbolçu cəzalıdır. Yeqor Xvalko, Elçin Əlicanov, Giorgi Kantariya və Mate Kvirkviya cəza səbəbindən oyunu tribunadan izləyəcək.
“Kəpəz” – “Qəbələ” görüşü saat 14:00-da start götürəcək.
