Ötən tur səfərdə “Bakı”ya 1:3 hesabıyla uduzan “Kəpəz” həftəsonu keçirəcəyi V tur matçının hazırlıqlarını davam etdirir.
Korner.az– ın məlumatına görə, baş məşqçi Mahmud Qurbanov heç də bütün futbolçuların xidmətindən istifadə edə bilmir.
Belə ki, zədəli olan Fərid Həşimzadə ilə Təbriz Hüseynli hələ də kollektiv məşqlərdə iştirak edə bilmirlər. Onların nə zaman sıraya dönəcəyi də məlum deyil.
Qeyd edək ki, “Kəpəz” sentyabrın 15-də V turda evdə “Qəbələ”ni qəbul edəcək.
